Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Canım Azərbaycanım” adlı müsabiqənin qalibləri müəyyənləşib.

18 iyul 2020 | 11:00

Məlum olduğu kim, Ümummilli Lider Heydər Əliyevin ilk siyasi hakimiyyətə gəlişinin 51 illiyi ilə əlaqədar olaraq 10 iyul 2020-ci il tarixdən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Canım Azərbaycanım” adlı vətənpərvərlik mövzusunda virtual mahnı müsabiqəsi təşkil edilir.

17 iyul 2020-ci il tarixdə isə münsiflər heyətinin iştirakı ilə qaliblər müəyyən edilib. 22 nəfərin iştirak etdiyi müsabiqədə Ağdam rayon Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Rəhimov Baxşəli Kamil oğlu – 1ci yer, Ağdam rayon Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Nemətli Nərmin Fikrət qızı – 2ci yer, Ağcabədi Şəhər Ü.Hacibəyli Adına İncəsənət Məktəbinin şagirdi Məmmədli Vahid Vüsal oğlu isə – 3cü yer olmaqla qalib elan olundular.

 

Keçidlər