Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə iki min hektar sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır

17 iyul 2020 | 11:00

Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əlizamin Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun təsərrüfatlarında iki min hektardan çox sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Artıq 1360 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.

Keçidlər