Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı tədbirlər davam etdirilir.

11 iyul 2020 | 11:00

10 iyul 2020-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mərkəzin könüllülərinin iştirakı ilə karantin rejiminin tələbləri qorunmaqla növbəti tədbir həyata keçirildi. 
Mərkəzin direktoru Məhsəti Ağayeva Heydər Əliyev Mərkəzinin baş fond mühafizi vəzifəsi üzrə könüllüsü Abdullayeva Ayşən Elgiz qızı, bələdçi vəzifəsi üzrə könüllüsQuliyeva Günel Pərviz qızı və nəzarətçi vəzifəsi üzrə könüllüsü Mamedov Xan Şamil oğluna Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra, ekskursiya zamanı ziyarətçilərlə yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydalarını izah etdi.
Bildiririk ki, 3 ay müddətində könüllülərə mərkəzdə sənədlərlə işləmək, ekskursiya aparamaq, tədbirlərdə təşkilatçılıq və digər işlər öyrədilir.
Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərmək istəyən hərkəs Heydər Əliyev Mərkəzinə müraciət edə bilər.

Keçidlər