Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Gənc Könüllülər əhalinin maarifləndirilməsi işlərində yorulmadan çalışırlar.

10 iyul 2020 | 11:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin Gənc Könüllüləri COVID-19 pandemiyası ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəal iştirak edirlər.
Koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün yaradılmış mobil qrupların tərkibində fəaliyyət göstərən Gənc Könüllülər müəssisə, təşkilatlarda, sahibkarlara məxsus obyektlərdə sakinlərlə maarifləndirici söhbətlər apararaq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək, şəxsi gigiyena qaydalarına diqqət yetirmək, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmək və məsafə saxlamaq kimi zəruri məsələləri izah edir, tələblərin pozulması hallarına yol verənlər haqqında inzibati cəza tədbirlərinin görüldüyü bildirilir. Şifahi məlumatlandırma ilə yanaşı, sakinlərə üzərində COVID-19 virusuna yoluxma riskini azaldacaq məlumatlar əks olunmuş bukletlər paylanılır, ictimai-iaşə obyektlərinin üzərinə bildiriş vərəqələri yapışdırıb.
Qeyd edək ki, bu kimi tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Keçidlər