Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin məşhurlarla görüşü layihəsi - “Armudu”

01 iyul 2020 | 11:00

Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclər məşhur insanlarla görüşürür. Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalınkişafet şüarı ilə davam edən layihə onlayn formada Zoom proqramı vasitəsi ilə həyata keçirilir.
30 iyun 2020-ci ildə “Armudu” gənclərin məşhurlarla görüşü layihəsinin bu dəfə ki qonağı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü, görkəmli teatr və kino aktyoru, xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, "Şöhrət" ordenli Nurəddin Mehdixanlı onlayn görüşdə Respublikamızın müxtəlif bölgələrindən olan gənclərlə söhbət etmişdir.
Onlayn görüşdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, idarənin gənclər sahəsi üzrə əməkdaşı Cavid Bünyadov və  rayon gəncləridə iştirak etmişdir.

Keçidlər