Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı bayram günündə I qrup Qrabağ əlilini ziyarət edib.

29 may 2020 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov I qrup Qarabağ əlili Ramil Nağıyevi evində yenidən ziyarət edib. İcra Hakimiyyətinin başçısı Ramili və ailəsinin həm müqəddəs Ramazan bayramı, həm də 28 may Respublika günü münasibətilə təbrik edib. Ailəyə bayram münasibətilə ərzaq sovqatı verilib, həmçinin kondisioner hədiyyə edilib.  Rayon İcra Hakimiyyətinin başçısı evdə aparılan təmir işləri ilə tanış olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədə elan edilən xüsusi karantin rejimi müddətində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonrakı ilk gündə, 4 may tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov I qrup Qarabağ əlili Ramil Nağıyevi evində ziyarət etmiş, ailənin sosial məişət şəraiti, qayğıları, Qarabağ qazisinin səhhəti ilə yaxından maraqlanmışdı. İcra başçısı dövlət tərəfindən Qarabağ əlilinə hədiyyə olunan mənzilində əlil arabasının hərəkəti üçün mənzil daxilində bir sıra dəyişikliyin edilməsi və təmir işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi.
Bundan sonra qısa müddətdə mənzildə təmir işləri yekunlaşdırılıb. Qarabağ qazisi görüş zamanı ona və onun timsalında Qarabağ qazilərinə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirib, icra başçısına təşəkkür edib. Ramil Nağıyevin müalicəsi ilə bağlı işlərin davam etdirildiyi, həm Səhiyyə Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məsələnin diqqətdə olduğu qeyd edilib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində ağır yaralanaraq hər iki ayağı dizdən aşağı amputasiya olunmuş Nağıyev Ramil Bəbir oğlunun hazırda sağ ayağının amputasiya olunmuş hissəsində çürümə prosesi gedir və həkimlər tərəfindən protez geyinməsinə icazə verilmir. 17 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağcabədi rayonuna ilk səfəri zamanı əlil və şəhid ailələri üçün tikilmiş yaşayış binasının  istifadəyə verilməsi mərasimində iştirak etmiş və həmin binada Mehriban xanım Əliyeva ilə birlikdə I qrup Qarabağ əlili Ramil Nağıyevin  evində olub.
Bundan başqa, Ramil Nağıyev rayonun ictimai-siyasi həyatında, vətənpərvərliyin təbliği işində xüsusi rolu olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 18.10.2011-ci il tarixli 1775 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Keçidlər