Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər COVİD-19 ilə bağlı maarifləndirmə və ailələrə psixososial dəstək işlərini davam etdirir.

27 may 2020 | 11:00

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Avropa İttifaqının maliyyə yardımı, UNİCEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcabədi rayonunda icra olunan "İnteqrasiya olunmuş sosial  xidmətlər modeli" layihəsi çərçivəsində GTM Qarabağ ofisinin əməkdaşları tərəfindən UNİCEF-in təşəbbüsü, USAİD-in maliyyə dəstəyi ilə COVİD-19 haqqında əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə hazırlanan maarifləndirmə materialları əhali arasinda paylanılır.
Maarifləndirmə kompaniyasında Ağcabədi RİHB-nın şəhər inzibati ərazi dairəsinin, DSMF Ağcabədi rayon şöbəsinin, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, Ağcabədi Regional Mədəniyyət İdarəsinin, Rayon Təhsil şöbəsinin əməkdaşları, Gənlərin Karyera və İnkişaf Mərkəzinin üzvləri yaxından iştirak edir.
Kampaniya çərçivəsində qısa müddətdə 9036 nəfər məlumatlandırılıb, 1506 dəst maarifləndirici material paylanıb, 122 ailəyə psixososial dəstək göstərilib.
GTM Qarabağ ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən 130 ailəyə müxtəlif ərzaqlardan ibarət sovqat paylanılıb.

Keçidlər