Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı onlayn inşa-yazı müsabiqəsi qalibləri mükafatlandırılmışdır.

15 may 2020 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı 8-11-ci siniflər arasında onlayn inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin anım gününün qeyd olunması, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar edilməsi olmuşdur.
Müsabiqədə Ağcabədi rayon məktəblərinin 8-11-ci sinif  şagirdləri  iştirak etmişdir. İnşalar word fayılda, Times New Roman şrifti ilə, 12 şrift ölçülü, 1.15 sətir aralıqlı yazılmaqla e-mail vasitəsi ilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinə göndərilmişdir. Onlayn inşa-yazı müsabiqəsi 06-08 may 2020-ci il tarixlərdə keçirilmişdir. 53 nəfər şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsidə Məmməd Aranlı adına şəhər 11 saylı tam orta məktəbin  10-cu sinif şagirdi Ağazadə Qumru Elşən qızı I yerə, Şirin Hüseynov adına  şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Həsənova Sura Nazim qızı II yerə, Əkbər Alıyev adına şəhər 12 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mamedova Nəzrin İmran qızı III yerə laiq görülmüşdür.
14 may 2020-ci il tarixdə  “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı onlayn inşa-yazı müsabiqəsi qalibləri mükafatlandırılmışdır. Qalib gələn şagirdlərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlar təqdim edilmişdir.

Keçidlər