Şriftin ölçüsü :

Saytın rəngi :

Onlayn bilik yarışmasının qalibləri mükafatlandırılıb.

13 may 2020 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında onlayn intellektual bilik yarışmasının qalibləri müəyyənləşib.
Yarışma Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsində 14-29 yaş arası rayon gəncləri arasında fərdi qaydada keçirilib. İştirakçılara Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı sualları ünvanlanıb.
Yekun nəticəyə görə, Köyük kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Amin Hacızadə birinci, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 3-cü kurs tələbəsi Ləman Zeynalova ikinci, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Amin Hacılı üçüncü yerə layiq görülüb.

Keçidlər