Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət işçilərinin peşə bilikləri müzakirə edilib

07 may 2020 | 11:00

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, vebinarda qurumun əməkdaşları ilə yanaşı, vebinarda müxtəlif regionlarda çalışan mədəniyyət işçiləri də iştirak ediblər. Vebinarda Ağcabədi Regional Mədəniyyət İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Şəki Mədəniyyət İdarəsi, habelə Şəmkir Mədəniyyət idarələrinin nümayəndələri fərqli məruzələr ilə çıxış ediblər.

İştirakçılar elektron formada ixtisasartırma təlimlərinin gələcək perspektivləri, hansı formatda davam etdirilməsi, onlayn dərslərin keçirilməsi haqqında fikir mübadiləsi də aparıblar. Əməkdaşlarda yeni peşə keyfiyyətlərinin formalaşması, xüsusilə də mədəniyyət müəssisələrinin sosial aktuallığının qorunması məqsədilə gələcəkdə informasiya texnologiyaları, PR, kreativ səriştələr, onlayn tədbirlərin xüsusiyyətləri, müasir mədəniyyət siyasətinin prioritetləri və s. bu kimi mövzulara həsr olunmuş mühazirələrə böyük tələbat olduğu iştirakçılar tərəfindən bildirilib.

Tədbirin sonunda Mərkəzin direktoru Asif Usubəliyev nazirlik tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verərək mövcud vəziyyətdə regionlarda çalışan əməkdaşların şəxsi təşəbbüslərinin əhəmiyyətini bildirib. Daha sonra mərkəz tərəfindən gələcəkdə reallaşması nəzərdə tutulan ixtisasartırma kursları haqqında müzakirələr aparılıb.

Keçidlər