Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə onlayn intellektual bilik yarışması keçirilmişdir.

01 may 2020 | 11:00

28-29 aprel 2020-ci il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında fərdi olaraq onlayn qaydada intellektual bilik yarışı keçirilmişdir. Facebook sosial şəbəkəsi vasitəsi ilə keçirilən onlayn oyununun əsas məqsədi xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bədlərinin rayonumuzda icrasını təmin etməkdir.
Fərdi qaydada keçirilən onlayn bilik yarışmasında Ağcabədi rayon Köyük kənd tam orta məktəbinin şagirdi Hacızadə Amin Qurban oğlu 35 xal toplayaraq birinci yerə layiq görülüşdür .
Onlayn qaydada keçirilən oyunda qalib gəlmiş gəncimizə karantin bitdikdən sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom təqdim olunacaqdır.

 

Keçidlər