Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ-Ağcabədi rayonu maarifləndirmə işləri davam etdirilir.

01 aprel 2020 | 11:00

Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər davam etdirilir.
Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyələr, könüllü gənclər, Yeni Azərbaycan Partiyasının fəalları və digər qurumların nümayəndələrindən ibarət 82 mobil qrup yaradılıb.

COVİD-19 koronovirusun infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Ağcabədi rayonunda yaradılmış şəhər üzrə 33 qrup, kəndlər üzrə 44 qrup, qəsəbə üzrə 5 qrup 1964 ailəyə baş çəkilərək 8248 nəfər vətəndaşlarla görüşülüb və aşağıdakı tələblərə riayət etmələri tapşırıldı.
Vətəndaşlara,ölkədə tətbiq olunan xüsusi karantin rejiminə birlikdə əməl olunması, Zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyini, İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metirlik məsafənin saxlanılması, Virusun yoluxma ehtimalının qarşısını almaq məqsədilə zəruri olan gündəlik təlabat mallarını yaşadıqları ünvana yaxın ərazidə yerləşən ərzaq mağazalarından və supermarkertlərdən almaları bildirildi,Aztəminatlı ailələrə bildirildi ki, yaşadıqları ərazidə fəaliyyət göstərən ərzaq mağazalardan gündəlik ehtiycları olan sayda pulsuz çörək götürə bilərlər, Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə onlarla aparılmış təbliğat işlərinə tam məsuliyyətlə əməl etmələri bildirildi.
Zəruri hallarda Ağcabədi Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xətt telefon nömrələrinə dərhal məlumat verilməsi bildirib.

Keçidlər