Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili gənclər "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada fəal iştirak edirlər

29 mart 2020 | 11:00

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatlarının gənc fəalları "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada fəal iştirak edirlər.
Rayon təşkilatının Gənclər Birliyinin üzvləri və könüllülər martın 21-dən başlayaraq Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin sosial işçiləri ilə birlikdə rayonda yaşayan tənha, köməyə ehtiyacı olan ahıl insanların evlərinə baş çəkərək onlara koronavirusdan qorunması üçün tövsiyələr verir, gigiyenik vasitələr paylayırlar. Aksiya çərçivəsində indiyədək köməyə ehtiyacı olan 95 ahıl və tənha şəxsə köməklik göstərilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə həyata keçirilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyada məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmaması üçün həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

 

Keçidlər