Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkaşlarının şəhər məktəblərində təşkil etdiyi məruzələr davam edir.

12 fevral 2020 | 11:00

12 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev  Mərkəzin əməkdaşı Rövşanə Əliyeva Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə “Heydər Əliyevin tərcümeyi-halı” adlı məruzə ilə çıxış etmişdir.  Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev haqqında geniş məlumat verən məruzəçi qeyd etmişdir ki, sovet dövründə - 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmış, infrastruktur layihələri həyata keçirilmişdir.
     Məruzə zamanı o da vuğulanmışdır ki,  müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolundadır.
      Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

 

Keçidlər