Şriftin ölçüsü :

Saytın rəngi :

Şərəfxanlı kəndində Səyyar qəbul-görüş keçirilmişdir.

12 fevral 2020 | 11:00

12 fevral 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Şərəfxanlı kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda Soltanlı, Şərəfxanlı, Şahmalılar kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
   Səyyar qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov müstəqillik dövründə ölkəmizin keçdiyi şərəfli inkişaf yolundan söhbət açdı. Görülən sosial – iqtisadi, abadlıq – quruculuq işlərindən ətraflı danışan icra başçısı Rafil Hüseynov son vaxtlar ölkə  başçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların əhalinin rifah halının yüksəldilməsi və sosial – iqtisadi durumunun yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
    Rayon rəhbəri ölkə vətəndaşlarının yaşayış tərzinin daha da yaxşılaşdırılması üçün respublikamızda görülən əməli işlərdən söhbət açaraq, gündən günə güclənən Azərbaycan ordusunun qüdrətini xüsusi ilə qeyd etdi. İcra başçısı fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar deputat seçkilərinin demokratik və şəffaflığından danışdı.
   Təhsil sahəsinə toxunan icra başçısı Rafil Hüseynov bu sahədə görülməli işlərdən, eləcə də valideyinlərin məktəb və müəllimlərlə sıx təmasda olmalarının böyük əhəmiyyətindən söhbət açdı.
  Səyyar qəbulda çıxış edən Şahmallar kənd sakini Firdovsi Kərimov, Şərəfxanlı kənd sakinləri Raqif Qurbanov, Anar Rzayev, İlqar İmanov, Gürşad Bayramov kəndlərdə içməli su və suvarma artezianlarına ehtiyac olduğunu, körpələr evi – uşaq bağçası, kənd klubu, tibb məntəqəsi üçün yeni binanın tikilməsinin vacibliyini nəzərə çatdırdılar. Vətəndaşları diqqətlə dinləyən icra başçısı R.Hüseynov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara lazımi tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər