Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul Rəncbərlər kəndi

22 yanvar 2020 | 11:00

22 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Rəncbərlər kəndində vətəndaşlarla səyyar qəbul keçirilmişdir. Qəbulda Rəncbərlər kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
   İcra başçısı cənab Rafil Hüseynov səyyar qəbulda çıxış edərək, ölkəmizdə gedən genişmiqyaslı quruculuq işlərindən, əldə edilən hərtərəfli uğurlardan, eləcə də sosial-iqtisadi sahədə aparılan qlobal islahatlardan geniş danışmışdır.
  Milli Məclisə fevral ayının 9-da keçiriləcək seçkilərin şəffaf, mütəşəkkil keçməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr barəsində məlumatlar görüş iştirakçılarının nəzərinə çatdırılmışdır.
   Rayonumuzda ölkə üçün strateji əhəmiyyət daşıyan pambıqçılığın inkişafı istiqamətində görülməli işlərdən söhbət açan rayon rəhbəri bildirmişdir ki, pambıqçılıq həm də vətəndaşların iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasında, güzaranının nəzərə çarpacaq dərəcədə yüksəldilməsində mühüm rol oynayır.
   Təhsil sahəsindən geniş danışan icra başçısı Rəncbərlər kəndində təhsilin müasir tələbələrə cavab verən səviyyəyə qaldırılması üçün lazımi və dəyərli tövsiyələrini verdi. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov təhsilin yüksəldilməsi üçün müəllim və məktəbin valideynlərlə sıx təmasda olmalarının vacibliyini  xüsusilə vurğuladı.
   Səyyar qəbulda çıxış edən kənd sakinlərindən Rafiq Əliyev, Akif Quliyev, Yuris Usubov və digərləri kənddə musiqi məktəbinə, körpələr evi-uşaq bağçasına ehtiyacın olduğunu bildirdilər. Onlar eyni zamanda kəndarası yolların asfaltlanması, kənddə 2 ədəd içməli və 2 ədəd suvarma artezianının vurulmasının vacibliyini nəzərə çatdırdılar.
   Səyyar qəbul-görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış edərək kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı idarə və təşkilat rəhbərlərinə lazımi taapşırıqlarını verdi. Qaldırılan bəzi məsələlərin bir çoxu yerindəcə həllini tapdı.

Keçidlər