Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsində 16 yanvar 2020-ci il tarixdə 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş tədbir keçirib

17 yanvar 2020 | 11:00

    Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin əməkdaşlarının iştirak etdiyi tədbiri Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin müdiri Fazil Əkbərov 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixinə qanla yazılmış faciələrdən olduğunu qeyd etdi: 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanda xalq hərəkatının müstəqil dövlət yaradılmasında müstəsna rolu olan bir qəhrəmanlıq tarixidir. Bu gün Vətənin şərəf və ləyaqət mücəssəməsi olan Şəhidlik zirvəsidir.
   Sonra həmin hadisələrin canlı iştirakçısı Kamilə Zamanlı çıxış edərək həmin günü xatırladığını, dinc əhaliyə qarşı edilən vəhşiliklərdən danışdı: Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
   Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinin əməkdaşları Kubra Abışovaya, Fuad Əsgərov, İbrahim Cəfərov və Etibar Nərimanov çıxış edərək vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin hər bir Azərbaycan vətəndaşı üçün əziz olduğunu qeyd edərək tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutduqlarını, 20 Yanvar şəhidlərinin əziz xatirəsinin ürəklərdə əbədi yaşayacağını qeyd etdilər.

Keçidlər