Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul Sarıcalı kəndi

15 yanvar 2020 | 11:00

   15 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun Sarıcalı kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda Sarıcalı kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
   İcra başçısı Rafil Hüseynov qəbulda çıxış edərək ölkəmizdə gedən genişmiqyaslı tikinti-abadlıq, quruculuq işlərindən əldə olunan bir çox uğurlardan, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilən sosial-iqtisadi islahatlardan söhbət açmışdır. Ölkədə, o cümlədən rayonumuzda ötən il pambıqçılıq sahəsində qazanılan nəticələri xüsusi ilə vurğulayan rayon rəhbəri, gələcəkdə pambıqçılığın inkişafı və genişləndirilməsi yollarından danışaraq, bu sahənin önəmli və gəlirli olduğunu səyyar qəbul iştirakçılarına çatdırmışdır.
    Təhsil sahəsinə toxunan icra başçısı R.Hüseynov məktəblilərin yaxşı təhsil almaları, müasir tələblərə cavab verən bilik sahibi olmaları üçün görülməli işləri diqqətə çatdıraraq bildirmişdir ki, M.Uluxanov adına Sarıcalı kənd tam orta məktəbini 2006-cı ildən bu günə kimi bitirən 268 məzundan cəmi 74 nəfəri ali məktəbə qəbul olub ki, bu da 27,6 faiz deməkdir. Rayon rəhbəri təhsildə irəliləyişə nail olmaq üçün öz dəyərli məsləhət və tövsiyələrini vermişdir.
   Səyyar qəbulda iştirak edən kənd sakinlərindən Nadir Cəfərov, Vüqar Gülməmmədov, Akif mehdiyev, Ramiz Bəylərov, Yasir Orucov, Adilə Hüseynova kənddə tam orta məktəb, kənd uşaq musiqi məktəbi, kənd sahə xəstəxanası, kənd kitabxanası üçün yeni binanın tikintisinə, eləcə də 2 ədəd suvarma artezianının vurulmasına ehtiyacın olmasını bildirdilər. Vətəndaşları diqqətlə dinləyən icra başçısı cənab Rafil Hüseynov qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə lazımi tapşırıq və məsləhətlərini vermişdir.

 

 

Keçidlər