Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 20 yanvar faciəsinin 30-cu ildönümü günü münasibətilə anım tədbiri keçirmişdir

14 yanvar 2020 | 11:00

   Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 13 yanvar 2020-ci il tarixdə 20 yanvar faciəsinin 30-cu ildönümü günü münasibətilə anım tədbiri keçirmişdir. Anım tədbirlərində məktəblilərin ifasında Dövlət Himni səsləndikdən sonra 20 Yanvar şəhidlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından söz açılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətini alan 20 Yanvar faciəsini bu gün xalqımız qəhrəmanlıq və şərəf günü kimi xatırlayır və hər il dərin hüznlə, böyük ürək yanğısı ilə qeyd edilir.

Keçidlər