Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram şənliyi

05 yanvar 2020 | 11:00

 4 Yanvar 2020-ci ildə Ağcabədi Qarabağ Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar “Qış nağılı” adlı bayram şənliyi  keçirilmişdir.Qarabağ Muğam mərkəzinin müəllim və şağirdlərdən ibarət olan musiqi kollektivi şənliyə toplaşan şəhər 2 və 4 saylı tam orta məktəblərin müəllim və məktəblilərini bayram münasibəti ilə təbrik etmiş, onların qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
    Tədbir iştirakçıları müxtəlif ifa və rəqs nömrələrindən fezyiab olmuş, bayram şənliyinin yaratdığı yüksək , nikbin əhval-ruhiyyə ilə evlərinə yollanmışlar.

Keçidlər