Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə məktəblilərə yeni il hədiyyələri verildi.

29 dekabr 2019 | 11:00

  29 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Ağcabədi rayon Sadıq Hüseynov adına Xocavənd kənd 1saylı tam orta məktəbində rayon Gənclər və İdman İdarəsi tərəfindən 100 nəfər azyaşlı məktəbliyə bayram hədiyyələri paylanmışdır. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov tədbirdə çıxış edərək məktəbliləri “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə təbrik etmiş onlara məktəb həyatında uğurlar arzu etmişidir. Şagirdlər gələn qonaqlara və Şaxta babaya Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə aid şeirlər söyləmiş, mahnılar ifa etmişdir. Məktəbin müəllim və şagird kollektivi sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göstərilən qayğı və diqqətə görə təşşəkkürlərini bildirmişdirlər.  

Keçidlər