Şriftin ölçüsü :

Saytın rəngi :

Qaravəlli kəndində Müşavirə keçirilmişdir.

26 dekabr 2019 | 11:00

26 dekabr 2019-cu il tarixdə rayonun Qaravəlli kəndində Qaravəlli, Qiyaməddinli, Gələbədin və Təzəkənd kəndlərində fəaliyyət göstərən fermerlərin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bir neçə gün əvvəl ölkə başçısı Prezident İlham Əliyevin rayon icra hakimiyyəti başçılarının iştirakı ilə keçirdiyi müşavirədə qarşıya qoyduğu vəzifələrdən danışmışdır. Pambıqçılıq təsərrüfatından danışan icra başçısı R.Hüseynov bu sahənin gəlirli olduğunu, hələ Sovet dönəmində Ağcabədi pambıqçılarının ildə 100 min ton “ağ qızıl” əldə etdiklərini xüsusi ilə vurğuladı. Düzdür, cəmi bir neçə il bundan əvvəl strateji əhəmiyyət daşıyan bu sahəyə bəslənilən soyuq, ögey münasibəti nəzərə çatdıran rayon rəhbəri son illər möhtərəm Prezidentimiz İlham Əliyevin pambıqçılığa göstərdiyi böyük diqqət və qayğı sayəsində bu il ağcabədililər dövlətə artıq 32 min ton pambıq təhvil vermişlər. Ağcabədililərin bu hədəfi yaxın müddətdə 50 min tona çatdırmaq hədəfini bildirən icra başçısı R.Hüseynov bu sahədə görülən və nəzərdə tutulan işlərdən geniş danışmışdır.
Ağcabədi RHİB-nın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırov yuxarıda adı çəkilən kəndlərdə fermerlərin 2019-cu ildə əldə etdikləri nəaliyyətlər və 25 sentnerdən az məhsul əldə edən fermerlər haqqında məlumat vermişdir.
Sonda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov pambıqçılıq sahəsində çalışan fermerlərin suallarına cavab vermiş, məhsuldarlığın yüksəldilməsi üçün öz məsləhət və tapşırıqlarını vermişdir.

Keçidlər