Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Kino aylığı” layihəsi çərçivəsində "Dərs" filmi nümayiş olundu

27 dekabr 2019 | 11:00

27 dekabr 2019-cu il tarixdə Camal İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin akt zalında  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Kino aylığı” layihəsi çərçivəsində Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Dərs" filmi nümayiş olundu. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. Filmin nümayişində Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Cavid Bünyadov , Muxtar Muxtarlı, şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov və 86 nəfər iştirak edib.

Keçidlər