Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Anım tədbiri keçirilib.

11 dekabr 2019 | 11:00

12 dekabr 2019-cu il tarixdə Dahi Liderimiz Heydər Əliyevin “Anım günü” ilə əlaqədar olaraq  Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə ziyarətlər davam edib. Hüquq mühafizə orqanlarının və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər, hərbi hissələrin zabit və əsgər heyətləri, rayonunumuzun qonaqları və eləcə də, yüzlərərlə Ağcabədi rayon sakinləri Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin xatirəsini yad etmiş, eksponatlarla, sərgilərlə tanış olmuş, filmlər izləmişlər.
        Heydər Əliyev Mərkəzində eyni zamanda Mədəniyyət işçilərinin iştirakı ilə tədbir keçirilmişdir. Öncə eksponatlarla tanış olan tədbir iştirakçıları daha sonra Dahi Liderimizin həyat və fəaliyyəti ilə bağlı çıxışlar etmişdirlər. Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Mədəniyyət işçisi Gündüz Sevindik və digərləri çıxış edərək Heydər Əliyev şəxsiyyətinə olan sonsuz sevgidən söz açmışdırlar.
       Daha sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri ədəbi-bədii şeir kompozisiyası ilə çıxış etmişdirlər.
       Sonda Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış və Dahi Liderin fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür “ adlı film nümayiş etdirilmişdir.

Keçidlər