Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.

03 dekabr 2019 | 11:00

  3 dekabr 2019-cu il tarixdə Ağcabədi rayonu “ Qızıl Saray” şadlıq evində “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsi ilə birlikdə sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi olan rayon sakinləri üçün əyləncəli tədbir proqramı keçirilmişdir.

  Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov çıxışında qeyd etdi ki, insanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər də vardır. Əlillik eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır.İndi dünyada xeyli əlil var. Əlbəttə, onların bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsidir. Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar. Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq əlillər günü Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.

  Rayon rəhbəri çıxışının sonunda  sağlamlıq imkanları məhdud olan uşaqlara və əlilliyi olan rayon sakinlərinə işlərində uğurlar və daima xoşbəxt olmağı arzulamışdır.

 Tədbirdə Ağcabədi rayonunda fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin “Gənc Könüllü”ləridə iştirak etmiş, sağlamlıq imkanları məhdud olan uşaqlar və əlilliyi olan rayon sakinləri ilə fotoşəkil çəkdirmiş, rəqs etmiş və əylənmişlər.

  Tədbir Ağcabədi mədəniyyət işçilərinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.

 

 

 

 

 

 

Keçidlər