Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə ilk dəfə səsverən gənclərin maarifləndirilməsi ilə bağlı tədbir

03 dekabr 2019 | 11:00

   03 noyabr 2019 – cu il tarixində Ağcabədi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün 2019-cu il 23 dekabr  Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir.
    Tədbirdə  Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, 82 saylı Ağcabədi seçki dairəsinin katibi Sadiq Həsənov , Ağcabədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov  və 72 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişdir.
   Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə dəyirmi masada çıxış  edərək Ağcabədi rayonunun ən fəal seçici aktivliyi ilə seçilən rayonlarından biri olduğunu qeyd edib. O, rayon gənclərinə hamılıqla seçki hüququndan istifadə etməyi tövsiyə etdikdən sonra səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah edib.
   Daha sonra çıxış edən digər qonaqlar  burada namizədlərdən heç kimin təbliğatının aparılmaması və hər hansı bir namizədi dəstəkləmək məqsədi güdmədiyini iştirakçıların nəzərinə çatdırıb. Gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş sürətdə maariflənməsi, cəmiyyətdəki rolunun əhəmiyyətini və özünü bir fərd kimi təsdiq etməli olduğunu vurğuladılar və mövzu ətrafında gənclərin suallarını cavablandırıldı.

Keçidlər