Şriftin ölçüsü :

Saytın rəngi :

Mini futbol idman növü üzrə məktəblər arasında rayon turniri keçirilmişdir.

28 noyabr 2019 | 11:00

26-28 noyabr 2019-cu il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin mini futbol meydançasında mini futbol idman növü üzrə məktəblər arasında rayon turniri keçirilmişdir. Turnirdə rayon məktəblərindən 12 komanda iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin komandası II yerə, şəhər 6 saylı tam orta məkətbin komandası isə III yerə layiq görülmüşlər. I, II , III yerləri tutan komandalar Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və kuboklarla mükafatlandırılmışdır.

 

Keçidlər