Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə səsverən gənclərlə görüş keçirilmişdir

26 noyabr 2019 | 11:00

26 noyabr 2019 – cu il tarixində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə toplantı keçirilimişdir. Toplantıda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov , 82 saylı Ağcabədi seçki dairəsinin katibi Sadiq Həsənov , Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov və 96 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişdir.

Toplantını giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov gəncləri səsvermə haqqında maarifləndirdi və hal-hazırda gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdırdı. Qarşıdan gələn Bələdiyyə seçkilərində cəmiyyətimiz aparıcı qüvvəsi olan gənclərinin iştirakının əhəmiyyətli olduğunu qeyd edərək hər bir kəsin seçki hüquqdan istifadə edərək öz seçimlərini etməli olduğunu vurğuladı.

Daha sonra çıxış edən digər qonaqlar da seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı danışdılar. Bildirildi ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunub. Seçkinin vacib məslə olduğunu bir daha vurğulayan qonaqlar, seçki günü bütün gəncləri Bələdiyyə seçkilərində iştirak etməyə dəvət etdilər.

Keçidlər