Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Şahmat üzrə “Məktəblərin Respublika Çempionatı”nın rayondaxili mərhələsi keçirilmişdir.

15 noyabr 2019 | 11:00

 14-15 noyabr 2019-cu il tarixdə Uşaq Gənclər İdman Şahmat Məktəbinin binasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilən “Məktəblər Arasında Respublika Çempionatı”nın Şahmat üzrə  Ağcabədi rayondaxili mərhələsi keçirilmişdir. Rayondaxili mərhələdə 6 şəhər və kənd komandaları iştirak etmişdir. Şahmat üzrə  “Məktəblərin Respublika Çempionatı”nın Ağcabədi rayondaxili mərhələsinin yekununda Cəfərbəyli kənd tam orta məktəbin komandası I yerə, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası II yerə, Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Nəticədə I,II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər