Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Basketbol idman növü üzrə “Məktəblərin Respublika Çempionatı”nın rayondaxili mərhələsi keçirilmişdir.

05 noyabr 2019 | 11:00

  04-05 noyabr 2019-cu il tarixdə Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 saylı məkətb-liseyinin idman zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilən “Məktəblər Arasında Respublika Çempionatı”nın Basketbol idman növü üzrə  Ağcabədi rayondaxili mərhələsi keçirilmişdir. Rayondaxili mərhələdə 46 şəhər və kənd komandaları iştirak etmişdir.  Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən Basketbol idman növü üzrə  “Məktəblərin Respublika Çempionatı”nın Ağcabədi rayondaxili mərhələsinin yekununda Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, şəhər 1 saylı tam orta məktəbin komandası II yerə, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Nəticədə I,II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər