Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “İradənlə Qalib Gəl” başlığı altında “9 noyabr – Bayraq Günü”nə həsr olunmuş açıq qapı günü keçirildi.

05 noyabr 2019 | 11:00

  01 noyabr 2019-cu il tarixində Ağcabədi Olimpiya İdman Kompleksində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İradənlə Qalib Gəl” başlığı altında “9 noyabr – Bayraq Günü”nə həsr olunmuş açıq qapı günü keçirilmişdir. Tədbir zamanı Cüdo, Futbol, MMA, Tekvando, Alpaqut, Voleybol, Karate-do, Boks, Sərbəst güləş, Kikboksinq, Bilyard, Stolüstü tenis idman növləri üzrə idman yarışları keçirilimiş, müxtəlif idman növləri üzrə əməkdar məşqçilər, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar göstərilmişdir.. Tədbir 10:00-dan başalamış və 18:00-dək davam etmişdir.

 

Keçidlər