Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.

01 noyabr 2019 | 11:00

   01 noyabr 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Salmanbəyli kənd sakini 1990-cı il təvəllüdlü Bünyatov Ənnağı Nazim oğlu ilə Ağcabədi rayon Rəncbərlər kənd sakini 1998-ci il təvəllüdlü Səlimova Günay Mahir qızının nikaha daxilolma mərasimi keçirilmişdir.
   Öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuşlar.
   Daha sonra gənclərin nigaha daxil olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənc cütlük öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.Sonra gənc cütlüklərə ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş və dolğun məlumat verildi.
   Eksponantlarla tanışlıqdan sonra nikah aktının imzalanması mərasimi olmuşdur.

Keçidlər