Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etdilər

01 noyabr 2019 | 11:00

 1 noyabr 2019-cu il tarixdə  Ağcabədidə kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr olunmuş toplantı keçirilmişdir.Rayonun kənd təsərrüfatı işçiləri Ağcabədi şəhərinin mərkəzi meydanına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünəçiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.

  Tədbirdə çıxış edən RİHB-nın müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyev kənd təsərrüfatı sahəsində çalışanları peşə bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə həyata keçirilən aqrar islahatlardan, kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, ölkənin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da aqrar sektorun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində yeni istehsalat müəssisələri yaradılır, bitkiçilik və heyvandarlıq inkişaf etdirilir.

  Tədbirin sonunda kənd təsərrüfatı sahəsində  nümunəvi fəaliyyətlərinə görə bir qrup əməkdaşa Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı təqdim edildi.

 

Keçidlər