Şriftin ölçüsü :

Saytın rəngi :

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ağcabədi rayonunda vətəndaşları qəbul edib

25 oktyabr 2019 | 11:00

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 25-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Ağcabədi rayonunda vətəndaşları qəbul edib.

Qəbulda Ağcabədi rayon sakinləri ilə yanaşı Yevlax, Bərdə, Ağdam, Tərtər, Beyləqan və Füzuli rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən  ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının qaydaları, əvvəlki illərin məzunlarının kolleclərə qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər