Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

22 oktyabr 2019 | 11:00

22 .10. 2019-cu il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  könüllülük fəaliyyəti başa çatmış və yeni müqavilə bağlanmış könüllüləri qəbul edib.
  
       Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib.Natiq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli     Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının  2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini vurğuladı.
       Həmçinin,  son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi.
      Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.
Sonda Ağcabədi Rayon İcra Hakimiyyətində  könüllülük fəaliyyətini başa çatdırmış  gənclərə sertifikatlar təqdim olundu.

  Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 5 mart  2019-cu il tarixli, 25 nömrəli  Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hacıyev Təyyar Zakir oğlu könüllülərlə iş üzrə koordinator təyin edilmişdir.  Tədbirlər planı təsdiq edilmişdir. Ağcabədi rayon İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılması barədə Rayon İcra Hakimiyyətinin  rəsmi səhifəsində və digər sosial şəbəkələrdə elanın yayılması təmin olunmuşdur.

07. 03. 2019-cu il tarixdən hal-hazıradək könüllük fəaliyyətinə cəlb edilmiş 20 nəfərlə müqavilə bağlanmış, onlar üçün müvafiq təcrübə şəraiti yaradılmışdır.

Keçidlər