Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub.

18 oktyabr 2019 | 11:00

Tədbiri Ağcabədi  rayon İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü Şahin Məmmədov açaraq Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümünün uzun illər xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olduğunu, bu dövrlər ölkədə qazanılan hərtərəfli nailiyyətlərin, dövlət quruculuğunun, dayanıqlı inkişafın, əmin-amanlığın, əhalinin maddi rifah vəziyyətinin yüksəlməsi ilə səciyyələnən tarixi illər olduğunu vurğulamışdır.
Azərbaycan Dövlət Müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Natiq qeyd etmişdir ki,  bu uğurların qazanılmasında Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın uzun illər arzusunda olduğu müstəqilliyin əldə edilməsi, həmçinin qorunub saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi,  müstəsna olaraq Ulu Öndərin xidməti sayəsində mümkün olmuşdur.
  Tədbirdə  Azərbaycan Respublikasının Müdafiə  Nazirinin  müşaviri, polkovnik Abdulla Qurbani,  “N” saylı korpusun komandir müavini polkovnik Elşad Əbülov, “N”  saylı hərbi hissənin zabiti Xəyyam Həsənov çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, qanlar bahasına əldə edilmiş müstəqilliyimizin qorunması üçün  azərbaycan əsgərinin daim hazır   olduğunu və Milli ordumuzun buna  qadir olduğunu qeyd etmişlər.
Çıxış edəm natiqlər eyni zamanda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyun 2019-cu il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medali ilə təltif edilmiş, Qarabağ uğrunda döyüşlərdə 1994-cü ildə sücaət göstərmiş keçmiş döyüşçü  Vəliyev Elçin Əjdər oğlunu təltif münasibətilə təbrik etmiş,  onun  qəhrəmanlıq ənənələrinin Azərbaycan əsgəri üçün örnək olduğunu bildirmişlər, Tədbirdə  E.Vəliyevə “Hərbi xidmətlərə görə” medalı və “H” saylı  hərbi hissənin hədiyyəsi  təqdim edilmişdir.
Keçmiş döyüşçü Elçin Vəliyev çıxış edərək  aradan uzun illər keçdikdən sonra arxiv materiallarının araşdırılması nəticəsində onun göstərdiyi sücayətə görə Prezident tərəfindən  medalla təltif olunmasına görə cənab Prezidentə öz təşəkkürünü bildirmiş, eyni zamanda Ali Baş Komandanın əmri ilə oğlanları ilə birlikdə yenidən döyüşə atılmağa və işğalda olan torpaqlarımızı azad etməyə hazır olduğunu bəyan etmişdir.

Tədbirdə şagirdlərin ifasında şer kompazisiyası təqdim olunub.

Keçidlər