Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında “Nəsimi – 650” başlığı altında müsabiqə keçirilib.

08 oktyabr 2019 | 11:00

Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Nəsimi ili” çərçivəsində müsabiqə keçirilib. 07 oktyabr 2019-cu il tarixdə Qarabağ Muğam Mərkəzində baş tutan müsabiqədə Ağcabədi rayon ümumtəhsil məktəbləri iştirak edib.
       Məktəblilər dahi şair İmadəddin Nəsiminin qəzəllərindən həyat və fəaliyyətindən bəhs edən səhnəciklər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Yekunda münsiflər heyətinin qərarı ilə Ağcabədi şəhər 1 saylı tam orta məktəbi I yer, şəhər 6 saylı tam orta məktəbi II yer, O.Mirəyev adına Aran kənd 2 saylı ümumorta məktəbi və M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyi III yer olmaqla qalib elan olundular.

Keçidlər