Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir

05 oktyabr 2019 | 11:00

5 oktyabr 2019-cu il tarixdə saat 11:00 –da Ağcabədi rayonu “ Qızıl Saray “ Şadlıq Sarayında “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov , hüquq mühafizə orqanlarının rəhbərləri  ,məktəb direktorları və müəllimlər iştirak etmişdir.
   Əvvəlcə tədbir iştirakçıları Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.

   Tədbir “Qızıl Saray“ Şadlıq Sarayında davam etdirilmişdir.Tədbiri RİHB-nın müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva  açıq elan etdikdən sonra ,Azərbaycan Respublikasının Dövlət himni səsləndi .Daha sonra rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov  çıxış edərək bütün müəllimləri  təbrik etdi və ölkəmizdə təhsilə günü – gündən artan dövlət qayğısından danışdı.

   Daha sonra  Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbir iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Rayon rəhbəri qeyd etdi ki,bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur.Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bir daha müəllimləri təbrik etdi, təhsil inqilabında daim onlara mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvərlər yetişdirməyi arzuladı.
  Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı  ilə təltif olunan Qaravəlli kənd tam orta məktəbin coğrafiya müəllimi Sadıqov Əli Bəhrəm oğlu bu ada layiq görüldüyü üçün Cənab Prezidentə öz dərin minnətdarlığını bildirdi və fəaliyyəti dövründə fərqlənən bir qrup müəllimə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verilmişdir.
  Tədbirin bədii hissəsində  sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə Eldar qızının aparıcılığı ilə "Məhəbbətim " musiqi ansamblının ifasında şən musiqilər incəsənət ustalarının oxuduqları mahnı və duetlər, Üzeyir Hacıbəyli adına şəhər uşaq incəsənət məktəbinin şagirdlərinin rəqs nömrələri şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.

 

Keçidlər