Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Maraqlar üzrə əl işləri” kursunun ilk məşğələsi keçirildi.

05 oktyabr 2019 | 11:00

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtarının səmərəli keçirməsi üçün “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Maraqlar üzrə əl işləri”,  “Xalçaçılıq” və “Rəqs” dərnəkləri fəaliyyət göstərir. Mərkəzdə yeni tədris ilində kursların fəaliyyətə başlaması ilə əlaqədar olaraq  04 oktyabr 2019-cu  il tarixdə “Maraqlar üzrə əl işləri” kursunun  ilk məşğələsi  keçirildi. Məşğələ zamanı kurs üzvlərinə muncuqlardan və müxtəlif karton kağızlardan qolbağ və digər əşyaların hazırlanması  və başqa əl işləri öyrədilmişdir.
      Qeyd edək ki,  “Maraqlar üzrə əl işləri” kursu hər həftənin cümə günü keçirilir.
       Kurslar 2020-ci ilin may ayının sonunadək davam edəcəkdir.

Keçidlər