Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıq yığımı uğurla davam etdirilir.

02 oktyabr 2019 | 11:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya cavab olaraq bu il rayonumuzda 10452,25 ha sahədə pambıq əkilmiş və aqrotexniki qaydada becərilmişdir.
  Məlumat üçün bildiririk ki, 10452,25 ha yetişdirilmiş pambıq sahələrində yığım davam etdirilir. 02.10.2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin  Başçısı cənab Şahin Məmmədov Ağcabədi şəhər ərazisində fermer İbrahim Ağamirovun pambıq sahəsində olmuş və yığımın gedişi ilə tanış olmuşdur.
  İndiyədək rayon üzrə 3494,3 ha sahədən 9709,49 ton məhsul istehsal olunmuş və hər hektardan orta məhsuldarlıq 27,79 s/ha olmuşdur. Hal-hazırda yığım davam etdirilir.


 

 

 

 

 

Keçidlər