Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərinin müəllimləri ilə görüş keçirilmişdir.

21 sentyabr 2019 | 11:00

21 sentyabr 2019- cu il tarixdə saat 10:00 - da “Qızılsaray” şadlıq sarayında 2018-2019-cu tədris ilinin yekunları və 2019-2020- ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun ümumtəhsil məktəblərinin müəllimləri ilə görüş keçirmişdir.
  Tədbiri  rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov açaraq ölkəmizdə təhsilə günü- gündən artan dövlət qayğısından danışdı.
  Yekunda İsmayıl Həsənov qeyd etmişdir ki, bizim bu il təhsil sahəsində uğurlarımızla yanaşı, nöqsanlarımızda olmuşdur. Ağcabədi rayonunda bu uğurları istər buraxılış imtahanlarında, istərsə də ali məktəbə qəbul imtahanlarında doğrultmayan məktəblərimizdə olmuşdur.2019-2020 tədris ilində bu nöqsanların aradan qaldırılması üçün bütün qüvvələri ilə çalışacaqlarına söz vermişdir..
  Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov qeyd etmişdir ki, 2019-cu ildə 2005- ci ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğısının gündən -günə daha da artırılmasından irəli gəlir.Rayon rəhbəri bildirmişdir ki, bu il təhsil sahəsində ürəkaçan uğurlarımız olmuşdur.   Belə ki,bu il Ağcabədi sakinləri 451 nəfər məzunumuzun tələbə adını qazanması sevincini yaşayır. Bu il ali məktəblərə qəbul olan abituriyentlərdən 11 nəfəri 600-700 arası ,41 nəfər isə 500-600 arası bal toplamışdır. Ümumilikdə 2018-2019-cu tədris ili rayonumuz üçün uğurlu il olmuşdur. Respublika üzrə keçirilən fənn olimpiadalarında Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyinin 11-ci sinif şagirdi Mamedov Anar Elşən oğlu tarix fənni üzrə 29 bal toplayaraq qızıl medal,Cəfərbəyli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Cəfərov Rəvan Əli oğlu tarix fənni üzrə 28 bal toplayaraq qızıl medal,Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Hüseynova Yağmur Azər qızı 2019-cu ildə Respublika üzrə keçirilən fənn olimpiadalarında tarix fənni üzrə 22 bal toplayaraq gümüş medala və orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Qızıl medala ,683 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olduğu üçün Prezident təqaüdünə laiq görülmüşdür.
  26.06.2019-cu il tarixdə Ağdaş şəhərində keçirilən Respublika turnirində Ü.Hacıbəyov adına Ağcabədi şəhər 7 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Yusifzadə Rüfət Elnur oğlu riyaziyyat fənni üzrə müsabiqədə 2-ci yer tutaraq gümüş medala layiq görülmüş və digər tələbə adını qazanan məzunlarımız rayonumuza öz uğurları ilə sevinc bəxş etmişdirlər.Lakin buna baxmayaraq rayonun bəzi məktəblərinin işini düzgün qurmamağı, müəllimlərin şagirdlərlə yetərincə məşğul olmamağı həmin məktəblərin buraxılış imtahanlarında, qəbul imtahanlarında aşağı nəticə əldə etməsinə səbəb olmuşdur.
  Tədbirdə buraxılış imtahanında 65%-dən yuxarı nəticə göstərən məktəblərin kollektivinə təşəkkür elan edilmiş,aşağı nəticə göstərmiş məktəblərin kollektivinə isəişlərində daha məsuliyyətli olmaları tövsiyə edilmişdir.
  Yekunda Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov yeni dərs ilində hər bir müəllimə təhsil inqilabında daim mübariz və daha çox Azərbaycanın gələcəyi üçün əsl vətənpərvər övladlar yetişdirməyi arzulamışdır.
   Tədbirdə 650 nəfər müəllim iştirak etmişdir.

Keçidlər