Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Beynəlxalq müsabiqənin qaliblərini qəbul etmişdir.

01 avqust 2019 | 11:00

01 avqust 2019-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin "Qarabağ"  rəqs qrupunun üzvlərini qəbul etmiş,Onları ölkəmizi Beynəlxalq  müsabiqələrdə layiqincə təmsil etdikləri üçün təbrik etmiş,gələcək fəaliyyətlərində uğurlar arzulayaraq öz tapşırıq və tövsiyələrini vermişdir.
    Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Ağcabədi  şəhər Uşaq İncəsənət məktəbinin  “Qarabağ “ rəqs qrupu  2009 –cu ildən fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif müsabiqələrdə rayonumuzu layiqincə təmsil etmişdir.Rəqs qrupunun üzvləri bu müsabiqələrdə 15 ədəd kubok, 141 ədəd  I dərəcəli diplom, 1 ədəd medal, Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Beynəlxalq  müsabiqədə  təşəkkürnamə, 6 ədəd sertifikat və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Eyni zamanda 2018-ci ilin dekabr ayında Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə rayonumuzda keçirilən “Qarabağ” kuboku müsabiqəsində də  məktəbin rəqs qrupu 2 ədəd kubok qazanmışdır.
   Bütün bu nailiyyətlərin nəticəsi olaraq  “Qarabağ” rəqs qrupu   Azərbaycan  Gənclər İttifaqı və  Azərbaycan Rəqs Assosiasiyası tərəfindən aprel ayının 6-7-də Gürcüstan Respublikasında keçirilmiş  “Qafqaz Kuboku” adlı rəqs yarışmasına dəvət olunmuş,  həmin müsabiqədə çıxış edərək I yerə laiq görülmüşlər və yenidən iyun ayının 30-dan, iyul ayının 5-ə qədər Gürcüstan Respublikasının Batumi şəhərində keçirilmiş  “Qızıl Medal” adlı festifala dəvət almışlar.

    Agcabədi şəhər Uşaq İncəsənət məktəbinin "Qarabağ" rəqs qurupu 1 iyul tarixində Gürcüstanın Ureki şəhərindəki dostluq festivalında ugurla cıxış etmiş,3 iyul tarixində isə Gürcüstanın Batumi şəhərində kecirilən IX   Beynəlxalq İncənət müsabiqəsində ,qrupun üzvləri Sara Səfərova,Nuridə Bəşirova ,Pərvin Mamedova ,Gülnaz Əliyeva  və Günay Rəhimlinin iştirakı ilə "Qaracı" rəqsi və Sara Səfərovanın "Nəlbəki "  rəqsi ilə çıxış  ederək   birinciliyi və kuboku qazanmış, ölkəmizi layiqincə təmsil etmişlər.

Keçidlər