Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbində “Son zəng” tədbiri keçirilmişdir.

14 iyun 2019 | 11:00

     Ağcabədi şəhər 1 saylı tam orta məktəbində 14 iyun 2019-cu il  tarixində “Son zəng” tədbiri keçirilmişdir. Tədbirdə Məktəb direktoru, müəllimlər, Təhsil şöbəsinin metodisi Almaz Məmmədova , YAP ağcabədi rayon təşkilatını sədr müavini Rəhimov Teymur iştirak edirdi.
    Tədbirin aparıcıları 11 sinif şagirdlərini tədbirə dəvət etdilər. Şagirdlər sıraya düzüldükdən sonra tədbir açıq elan edildi və Azərbaycan Respublikasının Dövlət  himni səsləndi.Himndən sonra tədbirə məktəbin X sinif şagirdi Əsgərli Bəhram şer sədaları altında Azərbaycan Bayrağını gətirdi.Daha sonra məktəbin direktoru Səadət Kazımova çıxış edərək məzunları təbrik etdi, onlara ürək sözlərin dedi, məzunlara məktəbli həyatını əks etdirən şəkil albomun payladı.Direktordan sonra məzunları məktəbin dərs hissə müdiri Validə Nuriyeva , qonaqlar Almaz Məmmədova , Teymur Rəhimov təbrik etdi, bundan sonrakı həyatlarında uğurlar arzuladılar.
  Çıxışlardan sonra tədbir son zəng proqramına əsasən davam etdi.İlk olaraq məzunları təbrikə birincilər gəldilər.Onlar rəngli əyləncəli rəqs hazırlamışdılar.Balacaların rəqsindən sonra söz 11-cilərə verildi.Onlar doğma məktəbə əziz müəllimlərinə öz ürək sözlərini deyib , şeirlər söylədilər.Məzunların duyğu dolu çıxışlarından sonra onların ibtidai sinif müəllimi və sinif rəhbəri məzunları təbrik etdi.Hər il ənənəvi olaraq sinifdən sinifə ötürülən məzun estafeti bu ildə XI sinif şagirdi Abbasova Lalə tərəfindən məktəbin X sinif şagirdi Həsənova Tərlana verildi. Estafetin təqdimatından  sonra 11 - cilər maraqlı rəqslə çıxış etdilər.
    Daha sonra məktəbin 4 sinif şagirdləri  maraqlı kompozisiyayla cıxış etdilər.Kompozisiya dünayamızda baş verən müharibələrdən, və müharibənin insanlara vurduğu ziyandan bəhs edirdi. Uşaqlar dünyaya səslənərək müharibədən ən çox onların əziyyət çəkdiklərini və sülh istədiklərini bildirdilər.
Məktəbin yaradıcı şagirdləri tədbir iştirakçılarının marağına və gülüşünə səbəb olan “Bəxtiyar” filmindən Hüseynova Bacıları səhnəciyini göstərdilər.
     Bu ildə təhsilin, elmin simvolik rəmzi olan bilik açari 11 ci sinif şagirdi Seyidova Bəsti tərəfində birinci sinif şagirdlərinə təqdim olundu.
     Tədbirin sonunda məzunlar tərəfindən Ağ göyərçinlər  səmaya buraxıldı, və məktəb həyatının sonunu bildirən Sonucu Zəng çalındı.

Keçidlər