Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə tədbir keçirildi

15 iyun 2019 | 11:00

   15 iyun 2019-cu il tarixdə saat 19: 30 da Ağcabədi rayonunda 15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon tədbiri keçirilmişdir.
   Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov,Millət vəkili Tahir Rzayev,hüquq mühafizə orqanlarının rəhbərləri,idarə və müəssisə rəhbərləri, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər iştirak etmişdir.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
   Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bayram münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etdi və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Bildirmişdir ki, bu gün qeyd etdiyimiz bu əlamətdar bayram ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salındığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün ümidini itirmiş xalqa,Azərbaycan dövlətinə bir xilas, qurtuluş oldu.Uzun sürən siyasi qarşıdurmalara, siyasi təxribatlara baxmayaraq Ümummilli Lider Heydər Əliyev nicat yolunu gözləyən xalqı intizarda qoymadı və Azərbaycana qayıtdı. Qısa zamanda başının üstünü qara buludlar bürüyən Azərbaycan Heydər Əliyev siyasətinin uğurlu, məntiqli nəticəsində öz xilasına qovuşa bildi və gündən – günə güclənən, siyasi maraqlarını müdafiə edən bir dövlətə çevrildi.
   Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır.
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxışının sonunda bir daha tədbir iştirakçılarını yenidən təbrik etdi və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir . Xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirdi və yanılmadıqlarını gördülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcək.
Daha sonra Ağcabədi Regional Mədəniyyət idarəsinin incəsənət ustalarının oxuduqları mahnı və duetlər, şəhər incəsənət məktəbinin şagirdlərinin rəqs nömrələri şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.Tədbir gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran yanan şarların və atəşfəşanlığın möhtəşəmliyi ilə başa çatmışdır.

Keçidlər