Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Su təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edilmişdir.

04 iyun 2019 | 11:00

Ağcabədi rayonunda Su təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.Əvvəllcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçək dəstələri düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.Tədbir YAP fəalları və qabaqcıl su təsərrüfatı və meliorasiya işçilərinin iştirakı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etmişdir.Tədbiri Ağcabədi RİH başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq demişdir ki, bildiyiniz kimi Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-ci il tarixli sərəncamı ilə 05 iyun “Su təsərrüfatı və Meliorasiya” işçılərinin peşə bayramı elan edilmişdir. Bu münasibətlə mən tədbirdə iştirak edən Su təsərrüfatı və Meliorasiya işçılərini təbrik edirəm, çətin və şərəfli vəzifənizin icrasında sizə üğürlar diləyirəm !Gündən-günə hərtərəfli inkişaf edən , çiçəklənən Respubilkamızın tərəqqisində Su təsərrüfatı və Meliorasiya işçılərinin əvəzzsiz rolu vardır.Böyük kənd təsərrüfatı rayonu olan Ağcabədi rayonunun əkin sahələrinin suvarılmasında Su təsərrüfatı və Meliorasiya işçılərinin , həmçinin böyük investisiya tutumu olan içməli su və kanalizasiya sisteminin çəkilişində “Azərsu” ASC-nin böyük xidməti vardır.Tədbirdə 5 saylı regional su - kanal idarəsinin rəisi Zahid Sadıqov,Ağcabədi su-kanal sahəsinin rəisi Nizami Əsədov, Tərtər su-kanal sahəsinin mexaniki, Tərəqqi medallı Rais Abbasov, Ağcabədi rayon Ağsaqqalllar şurasının sədri, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü Əlizadə Nəcəfov, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin əməkdar müəllimi, YAP ərazi ilk təşkilatının sədri Həcər Əliyeva çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial sahələrdə infrastruktur layihələrin həyata keçirilməsinin daim diqqət mərkəzində olduğunu, əhalinin daimi olaraq elektrik enerjisi, qaz və içməli su ilə təmin edildiyini, yollar, kanalizasiya sistemləri çəkildiyini, regionlarda abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, ölkə Prezidentinin cari ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı təbəqəsinin maddi- rifah halının yaxşılaşdırılması sahəsində verdiyi sərəncamların əhali tərəfindən rəğbətlə qarşılandığını vurğulamışlar.

Tədbirin sonunda bir sıra qabaqcıl su təsərrüfatı və meliorasiya işçisi fəxri fərmanlarla təltif edilmişlər.

Keçidlər