Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin XIII elmi konfransı keçirildi.

23 may 2019 | 11:00

23 may 2019-cu il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XIII elmi konfransı keçirildi. Konfransda filialın professor-müəllim heyəti və elmi-tədqiqat işinə cəlb olunmuş tələbələr iştirak edirdi.Təşkilat komitəsinin üzvləri öncə Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra filialın Heydər Əliyev Mərkəzində konfrans öz işinə başladı.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Konfransın plenar iclasında çıxış edən filialın direktoru, dosent Mətanət Fərzəliyeva Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına, onun elminə, təhsilinə verdiyi töhfələrdən danışdı.Sonra söz məruzəçilərə verildi.“Heydər Əliyev: Azərbaycanda təhsilin inkişafı” mövzusunda məruzə edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Azərbaycan Respublikasının memarı və qurucusu olan Heydər Əliyevin təhsilimizin inkişafındakı misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən elmin, təhsilin inkişafına diqqət və qayğı göstərmiş, bu sahədə görüləcək işləri fəaliyyət planının prioritet məsələləri sırasına aid etmişdir. Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi və mədəni inkişafında elmin, təhsilin rolunu aydın görən Ulu Öndərimiz yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın qorunub saxlanılması və bunun üçün də təhsilin infrastrukturunun yaxşılaşdırılması yönündə təxirəsalınmaz addımlar atmışdır. Dosent Seymur Süleymanov məruzəsinin sonunda Azərbaycan təhsilinin inkişafı və müasir nailiyyətlərinə görə Ümummilli Liderimiz Heydər Əliyevə dərin minnətdarlıq hissi ifadə etdi.“Tələbə elmi tədqiqat işinin problemləri və inkişafı” mövzusunda məruzə edən Tələbə Elmi Cəmiyyətinin sədri, k.t.ü.f.d., baş müəllim Fazil Cəfərov elmi işə cəlb olunmuş tələbələrin elmi-tədqiqat işlərinin istiqamətinə yenidən baxılması məsələsinə toxundu. Bildirdi ki, tələbələrin maraq dairəsi nəzərə alınmaqla mövzunun aktuallığına diqqət yetirilməlidir. TEC-nin sədri F. Cəfərov tələbələrin elmi işə cəlb olunması məqsədilə bir sıra təkliflər irəli sürdü. Qeyd etdi ki, yüksək nailiyyət əldə edən tələbələrin rəğbətləndirilməsi və mükafatlandırılması tələbələrin elmi işə marağının artmasına səbəb olduğu kimi, fakültə üzrə gənc müəllimlər bölməsinin yaradılması inkişafın dinamikasını təşkil edə bilər.Sonra tədqiqat işinə cəlb edilmiş tələbələrdən 4 nəfəri gördüyü işlərin təqdimatını etdi.Plenar iclasdan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirdi. Tələbələrin çıxışları dinlənildi və geniş müzakirələr aparıldı.Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənildi. Elmi-tədqiqat işinin müvəffəq göstəricilərinə görə fərqlənən tələbələr I, II və III dərəcəli diplomlarla təltif olundular.

Keçidlər