Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə bayram tədbiri təşkil edilib

31 may 2019 | 11:00

31 may 2019-cu il tarixdə Ağcabədi rayon Heydər Əliyev Meydanında Ağcabədi  Rayon İcra Hakimiyyəti və Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqlar üçün bayram tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon idarə, müəssisə və təşkilatların rəhbərləri, eyni zamanda körpələr evi-uşaq bağçalarının, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbir balacalar üçün təşkil olunmuş konsert proqramı ilə davam etdirilib. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəqs” və “Həvəskar aktyorluq və bədii qiraət” kursunun, Üzeyir Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin, şəhər 5 saylı Uşaq bağçası körpələr evinin, şəhər Uşaq Musiqi məktəbinin “Aran” ansamblının və digərlərin hazırladığı maraqlı rəqslər və şeir kompozisiyaları tədbir iştirakçılarında xoş təəssürat yaratdı.

Keçidlər