Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan” Universiteti Ağcabədi rayonunda görüş keçirmişdir.

24 may 2019 | 11:00

24.05.2019-cu il tarixində Ağcabədi rayonu Bayraq Muzeyində “Azərbaycan“ Universitetinin nümayəndələri   abituriyentlərlə görüş keçirmişdir.
    Görüşdə “Azərbaycan” Universitetinin  İnformasiya kommunikasiya - texnologiyaları fakültəsinin dekanı, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri  Asif Paşayev və “Azərbaycan” Universitetinin   İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova iştirak etmişdir.
   Tədbiri  RİHB aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı  Təyyar Hacıyev  giriş nitqi ilə açaraq, qonaqları salamlamış  və görüşün mahiyyəti barəsində məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  “Azərbaycan” Universitetinin  İnformasiya kommunikasiya - texnologiyaları fakültəsinin dekanı, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri  Asif Paşayev və “Azərbaycan” Universitetinin   İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova çıxış edərək, Azərbaycan Respublikasının  ilk özəl universiteti olan   “Azərbaycan” Universitetinin təhsil imkanlarından və burada təhsil alan abituriyent  tədris olunan yüksək peşəkar təhsil səviyyəsindən ətraflı məlumat vermişlər. Görüşün yekununda abituriyentlərin   mövzu ilə bağlı maraqlandıran  sualları cavablandırılmışdır.

 

Keçidlər