Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbirlər keçirilmişdir.

10 may 2019 | 11:00

   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının tədbirlər planına müvafiq olaraq nəzərdə tutulan tədbirlər, yarış və müsabiqələr başa çatmışdır.

   Ağcabədi rayon məktəbliləri arasında keçirilən şahmat turnirində oğlanlar arasında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Röyal Qurbanov I, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin VII sinif şagirdi Amil Qurbanov II, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin V sinif şagirdsi Vidadi Qurbanlı III, Qızlar arasında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin III sinif şagirdi Məryəm Abışova I, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin II sinif şagirdi Ülviyyə Quliyeva II, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin IV sinif şagirdsi Cəmilə Namazova III yerə layiq görülmüşlər.

  Komandalar arasında keçirilən intellektual oyun müsabiqəsində Ağcabədi şəhər 3 saylı məktəb-liseyin komandası I, Ağcabədi şəhər 8 saylı tam orta məktəbin komandası II, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin komandası III yeri tutmuşlar.

  Məktəb komandaları arasında keçirilən atıcılıq yarışında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin komandası I, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin komandası II, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin komandası III yri tutmuşlar.

   Müəssisə və təşkilatlar arasında mini futbol üzrə keçirilən turnirdə Ağcabədi 40 saylı Yol istismar MMC-nin komandası I, Ağcabədi Pedaqoji Kollecin komandası II, yeri tutmuşlar.

   İnşa müsabiqəsi üzrə Ağcabədi rayon Şənlik kənd tam orta məktəbin IX sinif şagirdi Ülviyyə Əliyeva I, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin VIII sinif şagirdi Süsən Həsənova II, Ağcabədi rayon Boyat kənd tam orta məktəbin IX sinif şagirdi Məmmədli Ceyhunə III yeri tutmuşlar.

   Bədii qiraət müsabiqəsi üzrə Ağcabədi şəhər tam orta məktəbin VI sinif şagirdi Çovğun Qasımov I, Ağcabədi rayon oğlu Salmanbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Rəşad Həsənov II, Ağcabədi rayon C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbin IX sinif şagirdi Əlvan Əsgərli III yeri tutmuşlar.

  Yarış qalibləri 10 may 2019-cu il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən ümumrayon tədbirində fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər