Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatında məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.

07 may 2019 | 11:00

   Ümummilli Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  YAP Ağcabədi rayon təşkilatının keçirdiyi daha bir müsabiqəyə-məktəblilər arasında keçirilən bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
   Münsiflər heyətinin qərarına əsasən Ağcabədi şəhər 6 saylı tam orta məktəbin VI sinif şagirdi Qasımov Çovğun Heydər oğlu  I , Salmanbəyli kənd tam orta məktəbin IX sinif   şagirdi Həsənov Rəşadət Təvəkkül oğlu II ,Təzəkənd kənd tam orta məktəbin IX sinif şagirdi  Əsgərli Əlvan Habil oğlu, Qiyamadınlı kənd tam orta məktəbin VII sinif şagirdi Həsənova Kəklik Vüqar qızı III yerə layiq görülmüşlər.
     Müsabiqənin qalibləri YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələrlə mükafatlandırılacaqdır.

Keçidlər